Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Tbilisinin Rustaveli prospektində genişmiqyaslı etiraz aksiyası baş tutub. Tezadlar.az xəbər verir ki, aksiya Gürcüstan və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə başlayıb. Minlərlə etirazçının toplaşdığı aksiyada vətəndaşlar etirazlar zamanı saxlanılan şəxslərin və həbs edilən müxalifət liderlərinin azadlığa buraxılmasını, həmçinin yeni parlament seçkilərinin keçirilməsini tələb ediblər. Onlar mübarizəni davam etdirəcəklərini bildiriblər. Nəqliyyatın hərəkətinin dayandırıldığı Rustaveli prospektində sadə vətəndaşlar və aksiyalar zamanı saxlanılanların ailə üzvləri ilə yanaşı siyasi partiya liderləri də iştirak ediblər.
Aksiyada çıxış edən ölkənin beşinci prezidenti, Salome Zurabişvili müxalifətin planının birlik olduğunu və nəticə əldə edilənədək mübarizə aparacaqlarını vurğulayıb.