Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2025 / 10:26

Yeri görünən mərhum idmançı Elçin Mahmudovun xatirəsinə möhtəşəm yarış- FOTOLAR-VİDEO

 Ağdamda mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə Qarabağ turniri keçirilib… Tezadlar.az xatırladır ki, 28 iyun 2025-ci il tarixdə Ağdam Olimpiya İdman Kompleksində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə Qarabağ turniri keçirilib. Ağdamda keçirilən Qarabağ turnirində  20-ə yaxın komandadan 200-dən çox idmançı iştirak etmişdir. Turnirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, mərhum idmançının ailə üzvləri, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov, AKF -in baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulamışlar. Yarışın sonunda mərhum idmançı Elçin Mahmudovun anası çıxış edərək turnirin təşkilatçıarına və iştirakçılara minnətdarlığını bildirmişdir. Turnir qaliblərin mükafatlandırılması ilə başa çatıb. 

Qısa arayış: Elçin Surxay oğlu Mahmudov 1979-cu ildə anadan olmuşdu. Uşaqlıq illəri Ağdamla, doğma Mərzili kəndi ilə bağlı olsa da, bütün Azərbaycanı sevirdi. Orta məktəbi əla qiymətlərlə başa vurmuş, ali məktəbi də fərqlənmə ilə bitirmişdi. Çox savadlı, intelekt səviyyəsi yüksək bir gənc idi. O,  karate üzrə Avropa və dünya çempionu,  Avropa  olimpiya oyunlarının qalibi, Karatenin Qara Kəmər sahibi, eyni zamanda Beynəlxalq dərəcəli hakim idi. 2022-ci ilin dekabrın 13-də, 42 yaşında vəfat etmişdir.

Şakir QURBANOV

https://www.youtube.com/watch?v=gWfLtvK6Abw

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!