Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2025 / 12:08

BANM yeni ixtisas açmaqla Azərbaycanda ilkə imza atdı

Bakı Ali Neft Məktəbində (BANM)  “Data analitikası” ixtisası açılır.
TEZADLAR.AZ    xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
Rektor ixtisasın açılma səbəbini bu cür izah edib:
“Bəs nə üçün “Data analitikası” ?
 Məqsəd:
Böyük həcmli məlumatların toplanması, təhlili, vizuallaşdırılması və əsaslandırılmış qərarların verilməsi bacarıqlarını formalaşdırmaq.
 Əsas bacarıqlar:
Riyazi modelləşdirmə, statistika, proqramlaşdırma (Python , R , SQL ), məlumat vizuallaşdırması və analitik düşüncə .
 Tətbiq sahələri:
İqtisadiyyat , maliyyə, səhiyyə , IT , logistika , təhsil və dövlət sektoru .
 Karyera imkanları:
Data analitiki , Data Scientist , biznes analitiki , məlumat mühəndisi , vizuallaşdırma üzrə mütəxəssis .
 Təhsil imkanları:
Data Science , süni intellekt , statistik modelləşdirmə , proqram mühəndisliyi və maliyyə üzrə magistr və doktorantura proqramları”, – deyə vurğulayıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!