Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2025 / 20:51

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının cənazələri Bakıya gətirildi

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib.

“Tezadlar.az”ın məlumatına görə, mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil veriləcək. Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb. Qətlə yetirilənlər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!