Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2025 / 20:35

“Sputnik Azərbaycan”çılar məhkəməyə aparıldı və…

“Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan dörd nəfər məhkəməyə gətirilib. Tezadlar .az xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində keçirilir.

Qeyd: Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Xatırladaq ki, bu gün Xətai rayon məhkəməsi “Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əmək Belousov barəsində həbs qətimkan tədbiri seçib. Diqqətə çatdıraq ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar. Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!