Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 12:30

Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər RF ilə mədəni əlaqələrimizi də sarsıtdı…

Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərindən sonra  iyulun 23-dən 26-dək keçirilməsi planlaşdırılan “DREAM FEST 2025” beynəlxalq musiqi festivalında dəyişiklik edilib. 

TEZADLAR.AZ   xəbər verir ki,  artıq bəzi rusiyalı məşhurlar bu festivalda iştirak edə bilməyəcəklər.  Hansı ki, onların arasında  gecənin aparıcılığı həvalə edilmiş aparıcı Regina Todorenko və aktyor Miloş Bikoviç də var.

Musiqili gecədə Alsu, Ani Lorak, Eqor Krit, Timati, İrina Dubsova, Alyona Apina, məşhur “Ruki verx” və “Serebro” qrupu, Maksim Fadeyev, Klava Koka və digər müğənnilərin ifaları gözlənilirdi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və sair ləğv edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!