25 İyun 2021 / 07:42

KLİNİKADA YANĞIN OLUB, YARALANANLAR VAR

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən özəl klinikalardan birində yanğın olub.

“RİA Novosti” xəbər verir ki, məlumatı Moskva Şəhər Prokurorluğu yayıb.

Hadisə iyunun 25-də səhər saatlarında şəhərin Bolşaya Polyanka küçəsində baş verib. Yanğın nəticəsində bir neçə nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!