4 İyul 2025 / 15:10

İmişlidə məktəblilərin ölümü ilə bağlı yol qəzası hadisəsindən keçən 19 nəfərə hökm oxundu

2025-ci ilin yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İmişli rayon Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin olunub. Tezadlar.az xatırladır: təqsirli bilinən Nazim Əliyev 1 il, Taleh Məmmədov 4 il, Ruslan Quliyev 2 il, Kənan Mejdunov 4 il, Rahib Rzayev 4 il, Sənan Əliyev, Elxan Əzimov, Abbas Bağırov hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Canpolad Əliyevə 1 il, Hüseyn Cabbarlıya 3 il, Elman İbrahimova 1 il, Vüqar Usubluya 2 il, Rahib Tağıyevə 3 il, Fərid Seyidzadəyə 3 il, Qoşqar Məmmədova 3 il, Eldar Ağazadəyə 1 il, Elnur Babayevə 2 il, Rasif Babayevə 4 il, Şamil Səfərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.
Bax belə…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!