Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu dəqiqələrdə Bakının Xətai rayon Prokurorluğunun qarşısında ağır yol nəqliyyat hadisəsi baş verdi. Belə ki, baş yol ilə köməkçi yolun fərqini bilməyənlər kəllə – kəlləyə gəldi… 90SH975 dövlət nömrə nişanlı KİA ilə 99LK999 “Mersedes” CİP toqquşdu… KİA- nın sürücüsü olan xanımın yaralandığı bəlli oldu. Hadisə anının şahidləri bildirdi ki, günah xanım sürücüdə olub…
Ümumiyyətlə, bu nöqtədə ən azı həftədə bir dəfə ağır avtoqəzalar olur. Səbəb odur ki, Xocalı prospektindən gələn sürücülər 8 noyabr Prospektinə çıxmaq üçün prokurorluğun qarşısından keçməyə məcburdur. Çünki ərazidə AMAY- a qədər bütün yollar AYNA tərəfindən 40-60 faiz daraldılaraq parklamaya, velosipedə və BUS-a peşkəş edilib. Boş zolaqlar isə “Dayanma- durma” nişanları ilə tutulub. Ona görə də tıxacdan can qurtarmaq istəyənlər kəsə və qısa yol axtarır, tələsir, sonda da bundan da betər hadisələr baş verir.
A.Məmmədli

