Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib.
Məhkəmə tərkibi prosesin qapalı keçirilməsi barəsdə qərar qəbul edib.
Proses 18 iyunda davam etdiriləcək.
Bildirək ki, təqsirləndirilən İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.
İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.