7 İyul 2025 / 14:48

Rusiya Ermənistandakı hərbi bazalarını “komplektləşdirməyə” hazırlaşır: kəşfiyyat sübutları dərc edib

Sənəddə Rusiya Silahlı Qüvvələrinin cənub hərbi dairəsi qoşunlarının komandirinin rus qoşunları qrupunun artırılması barədə əmri var

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya Silahlı Qüvvələrinin cənub hərbi dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor Zemskovun teleqramını dərc edib.

Tezadlar.az xəbər verir ki, kəşfiyyatın mətbuat xidmətinin məlumatına görə, sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Gümrü (Ermənistan) şəhərindəki Rusiya hərbi bazasının qondarma “tam komplektasiya” yolu ilə rus qoşunları qrupunun artırılması haqqında əmri var.

Bildirilir ki, teleqramda Rusiya Silahlı Qüvvələrinin cənub hərbi dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci birləşmiş silahlı qoşunlarının hərbi qulluqçuları arasından şəxsi heyətin seçilməsi yolu ilə Rusiya bölməsinin hissələrinin təcili “tam komplektləşdirilməsi” üçün tədbirlərin siyahısı göstərilir.

“Hərbi hissə komandirinə – 04436 nömrəli səhra poçtu: 2025-ci il mayın 13-dən iyunun 11-dək olan müddətdə hərbi dairənin birləşmə və hərbi hissələrində şəxsi heyətin seçilməsi, sonradan ilk müqavilələrin bağlanması və sonrakı hərbi xidmət üçün hərbi bazaya göndərilməsini həyata keçirsin”, – məktubda deyilir.

BKİ bildirib ki, bəzi bölmələrin komandirlərinə Gümrüdə xidmətə namizədlərin seçilməsinə hər cür köməklik göstərmək əmri verilib.

“Sərəncamda gələcək beynəlxalq kontingentin tərkibində olacaq şəxsi heyətin peşə yararlılığı, psixoloji sabitlik səviyyəsi və döyüş hazırlığına dair tələblər aydınlaşdırılır. Xüsusilə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etmiş şəxslərin seçilməsi qadağandır”, – kəşfiyyat məlumatında deyilir.

Rusiya Ermənistandakı hərbi bazalarını “tam kadrlarla təmin etmək” istəyir

UNİAN-ın xəbərinə görə, Rusiya Azərbaycanla vəziyyətin gərginləşməsi fonunda Ermənistanda hərbi mövcudluğunu genişləndirirlər. Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, xüsusən də Gümrüdəki hərbi bazanın kadr təminatı sürətləndirilib.

Cənubi Qafqaz ölkələrinə hərbi və siyasi təzyiqi artırmaq məqsədi ilə. Şəxsi heyət Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən hərbi qulluqçuları arasından cəlb edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!