Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Mədəniyyət Nazirliyinin guya Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb:

“Bu saxta sənədin Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nazirlik belə bir sənəd hazırlamayıb və yaymayıb. Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”.
RÖVŞANƏ