10 İyul 2025 / 09:12

Nə qədər ki, Kreml var, Qafqazda dinclik yoxdur…

Məlum olduğu kiki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Prezident İlham Əliyev artıq Əbu-Dabidədir. Tezadlar.az xatırladır ki, ABŞ dövlət katibi Rubionun son verdiyi açıqlamada “Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq” fikirləri fonunda Ermənistan mətbuatı “sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün Ermənistana təzyiqləri artırıb” başlıqlı yazılar verir. Tanınmış hüquqşünas Aslan İsmayılov deyir: “…Rusiyanın Azərbaycana və Ermənistana yönəlmişi son aqressiv hücumları artıq tam açıq müstəviyə keçir. Baş verənlər bir daha sübut edir ki, Rusiyanın bizim regionda sülhün, inkişafın olmasında zərrə qədər marağı yoxdur. Nə qədər ki, Kreml var, o qədər də “parçala, hökmranlıq et” prinsipi ilə bizi əzəcək…”.

Bəs nə etməli? Rusiyadan canımızı necı qurtaraq??? Hələki bu sual təkcə Azərbaycanı deyil, hətta Gürcüstanı, Ukraynanı, Moldovanı, Ermənistanı, Avropanı, bütün dünyanı düşündürür… Cavabı isə hələki Allaha qalıb!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!