Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Sportinq”in futbolçusu Viktor Dyökeres sevgilisi İnes Aguiardan ayrılaraq “Arsenal”a keçib və bütün diqqətini İngiltərə klubuna yönəldib. İsveçli hücumçu artıq Portuqaliya ilə heç bir əlaqəsinin qalmasını istəmir.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, Portuqaliyanın “Sportinq” klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökereslə uzun müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Arsenal”la maraqlanırdı. İsveçli “Arsenal”a keçmək üçün sürpriz addım atıb.
Məlumata görə, “Arsenal”a transfer olmaq istəyən Dyökeres Portuqaliya ilə bütün əlaqələrini kəsmək istədiyini deyərək sevgilisi İnes Aguiardan ayrılıb. Xəbərdə hücumçunun bu qərara diqqətini yalnız “Arsenal”a keçidinə yönəltmək istədiyi üçün verdiyi bildirilir. Cütlüyün yay tətilini ayrı-ayrı ölkələrdə keçirdiyi bildirilir.
“Sportin” də ikinci mövsümünü başa vuran ulduz hücumçu bu mövsüm 52 oyunda meydana çıxıb, 54 qol vurub, 12 məhsuldar ötürmə edib və ümumilikdə 66 qola birbaşa töhfə verib.