Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

90-cı illərin unudulmaz adlarından olan müğənni Doğuş sosial media hesabından nostalji paylaşımı ilə keçmişi yad edib.
hurriyet.com.tr -nin məlumatına görə, 1996-cı ildə həbsdən çıxdıqdan sonra Ulus Music-ə getdiyini bildirən Doğuş o günləri belə xatırlayıb:
“1996-cı ildə həbsdən çıxdım və həyəcanla “Ulus Music”ə gəldim. Gökhan Təpəyə iki mahnı vermişdim: “Aşk Belası” və “Zor Gelir”. Onların pulunu kimsə ödəyəcəkdi… Nəysə…” Salam Əleyküm” dedim, “Əleyküm salam” dedilər. Dedilər ki, gəl, sən Doğuşsan? Oturduq və anlatdım, anlatdım … O ağladı, mən ağladım. Demə, həmin şəxs İsgəndər qardaşmış… 1997-ci ildən bəri mənə ata oldu”.
Qeyd edək ki, uşaqlığı çox çətin və məşəqqətli keçmiş, gəncliyində də başı çox bəlalar çəkmiş, lakin bütün bunlara baxmayaraq, yenidən ayağa qalxmağı bacarmış Doğuş, 2014-cü ildə “Səni axtarıram” layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə evlənib. Cütlüyün əkiz övladları — oğlanları var. Və çox xoşbəxtdirlər!

Y.Məmmədli