14 İyul 2025 / 14:05

Doğuş həbsxanadan çıxdığı illərlə bağlı kövrək paylaşım edib… FOTO

90-cı illərin unudulmaz adlarından olan müğənni Doğuş sosial media hesabından nostalji paylaşımı ilə keçmişi yad edib.

hurriyet.com.tr -nin məlumatına görə, 1996-cı ildə həbsdən çıxdıqdan sonra Ulus Music-ə getdiyini bildirən Doğuş o günləri belə xatırlayıb:

“1996-cı ildə həbsdən çıxdım və həyəcanla  “Ulus Music”ə gəldim. Gökhan Təpəyə iki mahnı vermişdim: “Aşk Belası” və “Zor Gelir”. Onların pulunu kimsə ödəyəcəkdi… Nəysə…” Salam Əleyküm” dedim, “Əleyküm salam” dedilər.  Dedilər ki, gəl, sən Doğuşsan?  Oturduq və anlatdım, anlatdım …  O ağladı, mən ağladım. Demə, həmin şəxs İsgəndər qardaşmış… 1997-ci ildən bəri mənə ata oldu”.

Qeyd edək ki,  uşaqlığı çox çətin və məşəqqətli keçmiş, gəncliyində də başı çox bəlalar çəkmiş, lakin bütün bunlara baxmayaraq, yenidən ayağa qalxmağı bacarmış Doğuş, 2014-cü ildə “Səni axtarıram” layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə evlənib. Cütlüyün əkiz övladları — oğlanları var.  Və çox xoşbəxtdirlər!

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!