Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalq artisti Zaur Rzayev Dövlət Gömrük Hospitalına yerləşdirilib. Tezadlar.az xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov “Facebook” hesabında paylaşım edib. Zaur Rzayev hal-hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnmişdir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi cənab Anar Ələkbərovun, DGKTXİ rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim”, – deputat qeyd edib.