15 İyul 2025 / 13:07

Medvedyev Trampın sanksiya ultimatumunu ələ saldı

Medvedev bildirib ki, Rusiya Trampın “teatr” ultimatumuna fikir vermir… Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın 50 gün ərzində sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək ultimatumuna cavab verib. Medvedev “X” sosial şəbəkə hesabında yazır: “Dünya bu sanksiyaların nəticələrini gözləyərək titrədi. Amma sonda Avropa məyus oldu. Rusiya isə sanksiyaları vecinə almadı…”.

Bundan əvvəl, iyun ayında Medvedevin İrandakı nüvə silahı ilə bağlı şərhindən narazılığını bildirən Tramp tərəfindən tənqid edilib. Orada o, ritorik surətdə Rusiyanın keçmiş prezidentinin doğrudan da “ehtiyatsızcasına elə bu sözü (nüvə!) işlətdiyini və o və digər ölkələrin İranı nüvə başlıqları ilə təmin edəcəyini” söyləyib-deyə xatırladıb. Buna cavab olaraq isə Medvedev ABŞ-ın İrana zərbə endirməsini pislədiyini, lakin Rusiyanın İrana nüvə silahı vermək niyyətində olmadığını bildirərək özünə haqq qazandırmağa başlayıb. İndi isə Trampın məlum ultimatumunu ələ salır…

ABŞ-ın sosial media hesablarında isə Trampın Medvedyevin bu atmacalarına sərt reaksiya verəcəyi yazılmaqdadır. Ağ Evdə də dözümsüzlük həddinin bitdiyi barədə xəbərlər dolaşmaqdadır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!