16 İyul 2025 / 09:05

Kreml əl çəkmir: Yekaterinqburqda qalmaqallı daha bir həbs!

Dünən Yekaterinburqda diaspor rəhbəri Şahin Şıxlinskinin oğlunun həbsi barədə xəbər vermişdik. Ötən gün ardınca isə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri  Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.
Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.
Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

Beləliklə, Rusiya FTX- nin iki nəfərin ölümünə, onlarla şəxsin ağır yaralanmasına səbəb olmuş əməlləri indi də bu şəkildə davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!