Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çexiyanın paytaxtı Praqadan Xorvatiyanın Split şəhərinə uçan “Smartwings” aviaşirkətinə məxsus “Boeing 737-7Q8” sərnişin təyyarəsi bomba xəbərdarlığı ilə təcili eniş edib.
TASS xəbər verir ki, bu barədə Xorvatiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təyyarə tam yoxlanıldıqdan sonra məlum olub ki, pilotlara ötürülən xəbər əsasızdır.
“Bütün sərnişinlər və heyət üzvləri yoxlanılıb. Həmçinin təyyarədəki baqaj fərdi qaydada rentgen müayinəsindən keçirilib. Lakin partlayıcı maddə ilə bağlı xəbər təsdiqini tapmayıb. Hazırda təyyarə Split hava limanındadır”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.