Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Səfəvilər dövlətinin banisi, Azərbaycan şairi Şah İsmayıl Səfəvinin – I İsmayılın (1487-1524) doğum günüdür. Tarixi mənbələrdə yazılır: “…Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olub. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirib. Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazıb. Bununla əlaqədar olaraq “Şah İsmayıl Xətai” olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazıb. Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib…”.
Xətai vahid dövlət prinsipini qoruyan, ana dilini dövlət dili elan edən, yalnız azərbaycanca yazan, klassik şeirə milli vəzni gətirən, orta əsrlərin ilk böyük Azərbaycan əsilli imperiyasını quran qüdrətli şəxsiyyət kimi xatırlanır.
A.Məmmədli