18 İyul 2025 / 12:09

Tanınmış şairə bəzi xanımların ictimai yerdə hamam şortikində gəzməsinə etiraz etdi…

Tanınmış şairə Qiymət Məhərrəmli bəzi xanımların ictimai yerlərdə, hətta metroda, avtobusda…  ev geyimli-hamam şortikində gəzməsinə sərt etiraz etdi… Şair özünün sosial media səhifəsində yazır: “Bu şəkli səhər işə gedərkən metroda çəkmişəm. Başqa ölkənin metrosu və əcnəbilər deyil, öz doğma metromuz və “özümüzdən” olanlardır. Söhbət əlbəttə ki, birindən gedir. O “xanım”ın yerinə xeyli xəcalət çəkdim. Bu qədər də yox da! Etika xatirinə digər abırlı xanım və bəyin üzünü gizlətdiyim kimi, onun da sifətini gizlətdim. Şəklini görsə, hökmən tanımalıdır. Hələ bəlkə nəticə də çıxardı. Nə bilmək olar?!…”.
Kimsə belə bir fotoşəkilə etiraz edərsə ki, niyə mənim şortikli şəkilim sosiallaşdırılıb, doğru düşünmür. Çünki artıq hamı o şortikli geyimi küçədə, metroda, avtobusda… görübsə, bu artıq onun özü tərəfindən ictimailəşdirilmiş sayılır…
“Təzadlar”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!