Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“AzerGold”un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub. “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev “Təzadlar”a bildirilib ki, bildirib ki, yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri – səkkizguşəli ulduzdur. Ariz Tarverdiyev əlavə edib ki, “Laçın” sikkəsi “AzerGold”un istehsalı olan sayca 13-cü sikkədir və dövlət şirkətinin hasil etdiyi yerli qızıl və gümüşdən hazırlanacaq. Laçın qızıl və gümüş sikkələrinin yaxın zamanda ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.