22 İyul 2025 / 14:40

Azərbaycan Pediatrlar Assosiasiyası “Təzadlar”a təbrik məktubu göndərib

Təbrikdə deyilir: “Azərbaycan Pediatrlar Assosiasiyası adından və şəxsən öz adımdan sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Cəmiyyətin maarifləndirilməsi, sağlamlığın təbliği və uşaq sağlamlığının qorunması sahəsində fəaliyyətimizi daim işıqlandıran, bizim çağırışlarımızı milyonlarla insana çatdıran siz media nümayəndələrinin əvəzsiz rolunu yüksək qiymətləndiririk.
Assosiasiyamızın təşəbbüslərinə, tibb mütəxəssislərinin fikirlərinə və maarifləndirici materiallara göstərdiyiniz həssas yanaşma bir daha sübut edir ki, media sağlam gələcək naminə mühüm missiyanı daşıyır.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, daimi yaradıcılıq enerjisi və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram. Qələminiz iti, sözünüz təsirli olsun!
Hörmətlə,
Təranə TAĞI-ZADƏ
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti,
MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium şurasının üzvü,

tibb üzrə fəlsəfə doktoru”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!