23 İyul 2025 / 09:20

Kələmin içindən narkotik çıxdı- EVRİKA

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. İdarədən “Təzadlar”a bildirilib ki, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması  tətbiq olunub. Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən  139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə – marixuana aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Beləliklə, kələmin içindən narkotik çıxırsaş bunu düşünən baş gərək aqibətini də götür- qoy edəydi.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!