Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edilib ki, qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır.
“Bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır”, – məlumatda deyilir.