24 İyul 2025 / 13:57

Sami Yusufun konsert öncəsi sadə tələbi

Dünyaşöhrətli müğənni Sami Yusuf ötən gün 10 ildən sonra İstanbulda konsert verib.

“Tezadlar.az” xəbər verir ki, konsertdən əvvəl kulisdə maraqlı anlar yaşanıb.

Bildirilir ki, məşhurların səhnə arxasında saysız-hesabsız tələblərinə baxmayaraq, Sami Yusuf sadəcə 1 stəkan çay istəyib.

Onun bu istəyi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, müğənni konsertində təkcə Türkiyə türkcəsində deyil, həm də azərbaycanca və ingilis dilində də mahnılar səsləndirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!