24 İyul 2025 / 17:40

“Ruhum evlidir” deyən Şeyma Subaşı Marlon Teyşeira ilə ayrıldı

Türkiyəli fenomen Şeyma Subaşı Marlon Teyşeira ilə yollarını ayırıb.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman olduğu kimi bu münasibətində də iddialı danışan Subaşı, bir proqramda Marlon haqqında belə demişdi: “Həyatımda biri var ki, həyatımın sonuna qədər onu buraxmayacağam, deyəsən o insan odur. Ona görə deyirəm ki, rahatlıqla ölə bilərəm. Ruhum evlidir”.

Lakin bu sözlərin üstündən çox keçməmiş gözlənilən baş verdi. Şeyma Subaşı və Marlon Teyşera bir-birlərini sosial şəbəkələrdə izləmədən çıxararaq ayrılıqlarını səssiz şəkildə elan etdilər. Bu son hadisə ilə birlikdə Subaşı sevgi həyatında bir dəfə daha məyus oldu.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!