Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə pop musiqisinin sevilən simalarından olan Mustafa Sandal xəstəliyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, müğənni “Hadi Anlat” proqramında illərdir mübarizə apardığı trikotillomaniya adlı xəstəlikdən danışaraq, bu problemini ilk dəfə ictimaiyyətə açıqlayıb.
Məşhur sənətçi bildirib:
“Məndə trikotillomaniya (saç yolma xəstəliyi) var idi, indi çox azalıb. Düşünərkən barmağımı başımda gəzdirib ‘şap’ deyə saçımı qoparırdım. Nəysə, toparlandım, düzəltdim”.
Mustafa Sandalın bu etirafı sosial mediada geniş rezonans doğurub. Bir çox insan sənətçini səmimiyyəti və belə mövzularda açıq danışdığı üçün təqdir edib.