Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikası prezidentinin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əsədov Vüqar Həsən oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamında deyilir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əsədov Vüqar Həsən oğlu“Tərəqqi” medalı ilə təltif edilsin.
Biz də Sabunçu rayon Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlunu “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!
Ceyhun Vaqifoğlu