29 İyul 2025 / 13:12

Fikrət Cəfərli böhtan ittihamı ilə azadlığını itirdi

Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs edilib.

“Tezadlar.az”ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

F.Cəfərli böhtan atmaqda təqsirli bilinib. Ona 4 ay həbs cəzası verilərək, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Fikrət Cəfərli vəkil Elvin Əliyevin şikayəti əsasında təqsirli bilinib. Xüsusi ittihamçı F.Cəfərlinin Cinayət Məcəlləsinin 147.1-ci( böhtan) maddəsi ilə sanksiya həddində cəzalandırılmasını tələb edirdi.

Elvin Əliyev məhkum meyxanaçı Rəşad Dağlının da vəkili idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!