Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hər yay iyul-avqust aylarından başlayaraq mağazalarda məktəbli formalarına rast gəlirik. İldən ilə artan bu çeşidlər müştərilərə həm də ucuz təklif olunur.
Bəs bu geyimlər standartlara cavab verirmi?
Məsələ ilə bağlı Tezadlar.az-a marketoloq Elxan Mərdanov bildirir ki, bu məsələdə valideynlər diqqətli olmalıdırlar:
“Valideyn məhsulu alarkən onun harda tikildiyinə diqqət etməlidir. Parça çox önəmlidir. Bəzi parçalar tullantılardan, bəziləri neft kimyadan, pambıqdan, ipəkdən hazırlanır. Bunların hamısı ziyan deyil. Amma bunlar standartlar altında istehsal olunaraq bazara daxil olmalıdır”.
Məlumdur ki, illərdir məktəbli formalarının tikişi ilə Bakı Tikiş Evi məşğul olur.
“İyul ayının 1-dən bir çox məhsula 25 faizdən başlayaraq endirim tətbiq olunub. Keyfiyyətsiz məhsula baxan kimi hiss olunur. Onlar pambıq olmur, ona görə də 1 dəfə yuyulan kimi tük effektləri itir. Həmin geyimlərin tikişi də fərqli və səliqəsiz olur”.
Qeyd edək ki, bir az baha amma keyfiyyətli parçadan hazırlanan formaları uzun müddət geyinmək mümkündür. Necə deyərlər, ucuz ətin şorbası olmaz. Olsa da, dadsız və duzsuz olar.