29 İyul 2025 / 14:45

Bir çox ağır qəzalar məhz sürücülərin yuxulaması səbəbindən olur – isti günlərdə sürücülərə vacib tövsiyələr

Dövlət Yol Polisi sükan arxasında yuxulayan sürücülərə çağırış edib – tövsiyələr verib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirib.
O diqqətə çatdırıb ki, DYP  hər baş verən qəzanın səbəbini öyrənir və məlum olub ki, qəzaların əsas səbəblərindən biri də sürücünün sükan arxasında yuxulamasıdır.
Elşad Hacıyevin sözlərinə görə, təkcə son 1 ayda bu səbəbdən 21 ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xüsusilə risk altında olanlar:
Uzun və gecə növbəsində işləyənlər;
Yaşı 60-dan yuxarı olanlar;
Alkoqol qəbul edib bədəni tam bərpa olunmayanlar;
Xroniki yorğunluğu və yuxu pozuntusu olanlar.
Tövsiyələr:
 Yorğun halda sükan arxasına keçməyin;
Sərin saatlarda yola çıxın;
 2 saatdan bir qısa fasilə verin;
 Alkoqol təsiri bitmədən avtomobil idarə etməyin!”, – deyə o qeyd edib.
Qeyd edək ki, qızmar yay günlərində temperaturun yüksəlməsi təkcə yaşlılara deyil, eyni zamanda gənclərə də təsirsiz ötüşmür. Yuxusuzluq və dincəlmədən uzun yol qət etmək isə qəza şəraitini qaçılmaz edir.
Ümumiyyətlə,  az da olsa alkoqolun təsiri altında  sükan arxasına keçmək həm sürücünün özünün, həm də digərlərinin həyatı bahasına başa gələ bilər. Yaşamaq üçün isə sükan arxasında diqqətli olmaq, həyatı şansa buraxmamaq gərəkdir.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!