29 İyul 2025 / 15:20

Bakıda azyaşlını ilan sancıb – TƏBİB UŞAĞIN VƏZİYYƏTİ İLƏ BAĞLI AÇIQLAMA VERİB

İyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən TREND-ə bildirilib ki, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

“Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda qeyd edilib.

KİV-də gedən məlumata görə, hadisə Mərkəzi Nəbatat Bağında baş verib.

TEZADLAR.AZ 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!