29 İyul 2025 / 18:33

Emrahın əmlak imperiyası: Ayda 10 milyon kirayə gəliri

Türkiyəli müğənni Emrah illərlə səhnədən qazandığı gəliri daşınmaz əmlaka yatıraraq böyük sərvət toplayıb.

Tezadlar.az xəbər verir ki, onun İstanbul və Bodrumda 300-dən çox mənzili var və bu əmlaklardan ayda 10 milyon lirəyə yaxın kirayə gəliri əldə edir.

Emrah, həmçinin Dubayda 3,5 milyon dollarlıq ev, İstanbulda isə 3 milyon dollara idman kompleksi və əlavə olaraq 12 mağaza ilə bir dubleks mənzilə sahibdir. Bodrumda isə yeni 8 milyon lirəlik sərmayəsi ilə gündəmə gəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!