30 İyul 2025 / 21:29

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” sərgisi – FOTOLAR

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” sərgisi açıldı – mədəniyyətin təntənəsi yaşandı!

TEZADLAR.AZ  xəbər verir ki, Beynəlxalq Qalereyada MM Tədris Mərkəzinin müəllim və tələbə kollektivi ilə birgə layihə rəhbəri Aygün Əzizovanın olduğu “Rənglərin Sehri” adlı qrup sərgisi təşkil olundu.
Beynəlxalq Qalereyanın qonaqpərvər zalında baş tutan bu tədbir, gənc rəssamların yaradıcılıq enerjisini və müxtəlif texnikalarda işlədilmiş əsərlərlə rənglərin gücünü ön plana çıxardı.

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları və sərgi iştirakçılarını salamladıqdan sonra MM Tədris Mərkəzinin geniş fəaliyyətindən, yerli və xarici sərgilərdə fəal iştiraklarından söz açdı. “Rənglərin Sehri” adlı qrup sərgisinə xüsusi hazırlaşdıqlarını və sərgidə müxtəlif texnikalarda işlənmiş 25 əsər sərgiləndiyini bildirdi:

“Bu əsərlər, gənc rəssamların dünyagörüşünü, fərdi yanaşmalarını və yaradıcı gücünü təcəssüm etdirir. Sərgi təkcə estetik zövq deyil, həm də gənc istedadların tanınması və təşviqi üçün bir platformadır.
Bu tip sərgilər, gənc yaradıcı ruhların cəmiyyətlə daha sıx təmas qurmasına, özünüifadə imkanlarına və peşəkar inkişafına zəmin yaradır. “Rənglərin Sehri” sərgisi isə bu yolda parlaq bir addımdır”, – deyə Elnurə İsgəndərova vurğuladı.

Qeyd edək ki, sərgidə MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova, MM Tədris Mərkəzinin meneceri Aynurə İsmayılova, MM Tədris Mərkəzinin rəsm müəllimi Könül Məmmədli, fəxri qonaq olaraq ADRA-nın müəllimi Zinaida Mirzəzadə, rəssam Nihad Əliyev, “Xalq” qəzetinin əməkdaşı Fidan Salmanova, həkim, rəssam Səadət Cəfərova, vokalist, rəssam Aynur Yunusova, rəssam-müəllim Mehriban Zeynalova, rəssam Pərvanə Əhmədli də iştirak edirdilər.

Onlar çıxışlarında MM Tədris Mərkəzinə uğurlar arzuladılar, sərginin möhtəşəm olduğunu bildirdilər. Sonda iştirakçılar diplomla təltif olundular və xatirə şəkilləri çəkildi.

 

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!