30 İyul 2025 / 22:48

Nelson Semedo “Fənərbağça”ya keçir

“Vulverhempton” klubunun və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Nelson Semedo Türkiyənin “Fənərbağça” klubuna keçib.

“Tezadlar.az” xəbər verir ki, bu barədə insayder Fabrisio Romano yazır.

Romano bildirib ki, portuqaliyalı oyunçunun olduğu təyyarə artıq İstanbula üz tutub.

İnsayder əlavə edib ki, PSJ-yə məxsus Milan Şkriniarın transferində olduğu kimi, bu transferdə də “Fənərbağça”nın idman direktoru Devin Özekin payı böyükdür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!