31 İyul 2025 / 10:50

Yüksək bal toplamış əkiz qardaşlar – Fərid və Fərəc də BANM-nı seçiblər

Hər gün BANM-ı seçən abituriyentlərlə görüşüm davam edir. Dünən yüksək nəticə göstərən əkiz qardaşlar – Fərid və Fərəc Zeynalovlarla görüşdüm.
TEZADLAR.AZ  xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar qasımov bildirib.
O diqqətə çatdırıb ki,  Fərid 662.5, Fərəc isə 668.6 bal toplayıblar.

“BANM-ın Data analitikası ixtisasında təhsillərini davam etdirmək istəyirlər. 200 saylı tam orta  məktəbin məzunlarıdır. Gələcək tələbələrimizi, onların anaları Lalə xanımı , əzizlərini və müəllimlərini ürəkdən təbrik edirəm”, – deyə rektor qeyd edib.

JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!