31 İyul 2025 / 12:07

Saleh Məmmədov sabah Ağsuda vətəndaş qəbulu keçirir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 1-də Ağsu  rayonunda vətəndaşları qəbul edəcək.  Tezadlar.az Agentliyə istinadla bildirir ki, qəbul saat 11:00-da  Yeni Azərbaycan Partiyasının  Ağsu rayon təşkilatının inzibati binasında keçiriləcək. Qəbulda  Ağsu və İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin  Ağsu rayonu “16 №-li Yol İstismarı” və İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.  Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.  Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!