5 Avqust 2025 / 12:39

Qızılca və suçiçəyinə yoluxma ilə bağlı vəziyyət açıqlanıb

Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabildir.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində yay tətili səbəbindən məktəblilər arasında təmas azaldığından xəstəliklərin yayılma riski aşağıdır, hava-damcı infeksiyalarında azalma müşahidə edilir.

“Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm də vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!