6 Avqust 2025 / 11:53

Daha bir erməni terroru: Kəlbəcərdı 5 hərbçi minaya düşdü

Kəlbəcər rayonu ərazisində daha bir erməni terroru ilə üz- üzə olduq. Belə ki, avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Bu barədə tezadlar.az- a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.

Ermənilərin bu yaramaz əməllərinı son qoymaq üçün hazırda Bakıda məhkəmə qarşısında başını aşağı əyən separatçıları mina təhlükəsi olan ərazilərdə gəzdirmək lazımdır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!