7 Avqust 2025 / 12:33

Gürcüstanda yerli TBC Pay-in sürətli ödəniş terminallarına Azərbaycan dili əlavə olunub

TBC Pay-in sürətli ödəniş terminallarına yeni funksionallıq əlavə edilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər portalına bankdan verilən məlumata əsasən, artıq istifadəçilər terminallardan Azərbaycan dilində də istifadə edə bilərlər. Dil baryerinin aradan qaldırılması və TBC Pay xidmətindən istifadənin maksimum dərəcədə sadələşdirilməsi məqsədilə şirkət terminallara yeni dilin əlavə olunması barədə qərar qəbul edib. İndiyə qədər terminallar yalnız gürcü və ingilis dillərində əlçatan idi. Dili dəyişmək ekranın yuxarı sağ küncündə yerləşən düymə vasitəsilə asanlıqla mümkündür. Yenilənmə artıq həm TBC Bankın filiallarında yerləşən terminallarda, həm də digər yerlərdə istifadəyə verilib.

 İndi istifadəçilər Azərbaycan dilində 1,000-ə yaxın xidmətdən yararlana bilərlər — bank hesabına vəsait yatırmaq, kommunal xidmətləri ödəmək, mobil balansı artırmaq, dövlət xidmətləri üçün ödəniş etmək və s.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!