8 Avqust 2025 / 10:15

DİQQƏT! BANKOMATLAR KARTI UDUR

ABB kartını bankomatın yuvasına salmayın, saldınızsa, uddusa, 937-yə zəng edin…
ABB (Beynəlxalq Bank) bakomatları ilə ehtiyatlı olun.  İki gün əvvəl, səhər işə gedəndə 20 yanvardakı böyük Bravoya döndüm. Bankomata yaxınlaşdım pul çıxaram. İki addımlıqda bir xanım dayanmışdı, telefonla danışa-danışa mənə baxırdı. Dedim bəlkə tanışdı, istədim salam verəm, düzü tərəddüd etdim, kartı saldım bankomata, qadın dərhal qulağını telefondan ayırıb dedi ki, vsyo, sizin də kartı uddu bankomat…
Sən demə, məndən əvvəl bankomat bunun kartını udub, zəng edib banka, danışa-danışa fikri məndə imiş ki, görsün mənim də kartım gedirmi. Halbuki xəbərdarlıq edə bilərdi…
Mən də zəng elədim banka, danışa-danışa 4 nəfərə xəbərdalıq da etdim, kartı bankomata salmasınlar deyə.
Bankdan dedilər, 35 dəqiqə gözlə orada, bəlkə kart çıxdı, ya da get, 7 gün ərzində sizə xəbər verəcəyik, kartla bağlı. Getdim…
Bir gün kartsız qaldım. Bu gün səhər evdəkilər cibimə kart dürtdülər ki, pulsuz qalmayım. Yolumun üstündə ABB bankomatı var. Fikirləşdim oradan pul çıxararam bir az. Fikirli oldum, bankomatı ötüb keçdim. Geri qayıdanda gördüm o bankomat da bir xanımın kartını udub. Bilmir neynəsin. 937 -yə zəng edin, deyib oradan aralandım. Yolda düşündüm ki, deməli ABB-nin bankomatları kart udmaqla məşğudu bu günlər. Bəs niyə bank xəbərdarlıq etmir?-sualıma hələ ki, kimdənsə cavab ala bilməmişəm. Bəlkə kimlərsə belə bir xəbərdarlıq eşidib, TV-də -filanda? Mən yox.
Hər halda mən buradan xəbərdarlıq etdim, bilməyənlər üçün. Ehtiyatlı olun.
İlqar RƏSUL,
Yazıçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!