8 Avqust 2025 / 15:26

“İrəvan və Bakı yolları qarşılıqlı açacaq” – Ruben Rubinyan

Bu gün Vaşinqtonda İrəvanla Bakı arasında sülh sazişinin imzalanacağı gözlənilir… Tezadlar.az  “Novosti Armeniya” ya istinadla bildirir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Vaşinqtonda keçiriləcək üçtərəfli danışıqlar ərəfəsində İrəvanın hansı razılaşmalara hazır olduğunu açıqlayıb. O, sosial şəbəkələrdə yazıb: “Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya əsasında blokun açılması. Yəni bizim halda Ermənistandan keçən bütün yollar və infrastruktur ərazi bütövlüyümüz çərçivəsində tam suverenliyimiz və yurisdiksiyamız altında olacaq və qanunvericiliyimizə uyğun fəaliyyət göstərəcək”.
Onun sözlərinə görə, kommunikasiyaların açılması o deməkdir ki, Azərbaycan üçün yollar açılırsa, Ermənistan üçün də açılır – qarşılıqlı fayda ilə. “Bu, həqiqətdir. Kənardan əmrlə gələn qışqırıqlara fikir verməməlisiniz. Əlavə rəsmi məlumatlardan sonra səmimi narahatlıqlar aradan qaldırılacaq”, – deyə o, fikrini yekunlaşdırıb.

Dünyanın, xüsusən də Rusiyanın diqqəti hazırda Trampın hansı yekun qərarı elan edəcəyinə dikilib…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!