8 Avqust 2025 / 17:34

“Beşiktaş” Yakub Arda Kılıçı icarəyə verdi

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Yakub Arda Kılıçı icarəyə verib.

Tezadlar.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

20 yaşlı hücumçu 2025/2026 mövsümündə Serbiyanın “Novi Pazar” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi 2023-cü ildə əsas komandada debüt edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!