Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ararat Mirzoyan Vaşinqtondan bunları gözləyir: “Ermənistan Respublikası naminə. İndiki və gələcək naminə!”. Beş illik fasilədən və gözləntilərdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan öz Facebook səhifəsində beıə yazıb:
“Ermənistan Respublikası naminə. İndiki və gələcək naminə. Sizin gələcəyiniz üçün, uşaqlar”, – Mirzoyan yazıb.
Ermənistanın rəsmi mətbuatı da yazır ki, Baş nazir Paşinyan bu gün Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə ABŞ prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək, həmçinin “regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək üçün” ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə əlindən gələni edəcək.
Tezadlar.az onu da əlavə edir ki, Ermənistanın ağıllı və ölkəsinin gələcəyini düşünən siyasətçiləri də oxşar paylaşımlarla əhalini sülh sazişinə kökləməkdədirlər.
A.Məmmədli