11 Avqust 2025 / 08:22

Ukraynadakı münaqişənin həllində Vensin rolu üzə çıxıb

ABŞ-ın vitse-prezidenti J.D.Vens Britaniyada danışıqlar zamanı Ukrayna münaqişəsinə son qoymaqda böyük nailiyyətlər əldə edib.

Tezadlar.az xəbər verir ki, “Axios” adı açıqlanmayan bir amerikalı məmura istinadən bu mövzuda irəliləyişdə rolunu açıqlayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, Vensin şənbə günü keçirdiyi bir neçə saatlıq görüşü Ağ Evin rəhbəri Donald Trampın qarşıya qoyduğu məqsədə nail olmaqda ciddi irəliləyiş əldə etməyə kömək edib – Ukraynadakı münaqişəni sülh yolu ilə başa çatdırmaq.

Daha əvvəl J.D.Vens bildirmişdi ki, ABŞ Ukraynadakı münaqişəni hazırkı təmas xəttini nəzərə almaqla həll etməyə çalışır. NATO-nun baş katibi Mark Rutte də Kiyevi Rusiyanın nəzarətində olan əraziləri de-fakto tanımağa çağırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!