Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Karpal Tunel Sindromu (KTS) – orta (median) sinirin karpal kanal (bilək kanalı) daxilində sıxılması nəticəsində yaranan nevroloji pozuntudur. Karpal tunel – əlin ovuc hissəsində yerləşən, sümüklər və bağlarla əhatə olunmuş dar bir anatomik boşluqdur. Bu sindrom gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən, müalicə olunmadıqda oynaqda kontrakturaya (hərəkət məhdudiyyəti) səbəb olan xəstəlikdir. İcbari Tibbi Sığorta Agentliyindən “Təzadlar”a bildirilib ki, Diaqnoz pasiyentin şikayətləri və klinik qiymətləndirmə əsasında aparılır. İcbari tibbi sığorta hesabına aşağıdakı diaqnostik üsullardan istifadə olunur:
Müalicə taktikasının əsası karpal tunelin daralması səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə həm konservativ terapiya, həm də cərrahi müdaxilə istifadə olunur. Konservativ müalicəyə çıxıqların salınması, əlin immobilizasiyası, endokrin və metabolik pozğunluqların korreksiyası, iltihabın və ödemlərin aradan qaldırılması daxildir. Xəstəliyin ilkin mərhələsində müalicəyə başlamaq şərti ilə halların yarısında konservativ terapiya yaxşı nəticələr verir. Konservativ tədbirlər effektsiz olduqda, yaxud xəstə həkimə gec müraciət etdikdə karpal tunel sindromu cərrahi müalicə tələb edir. Açıq və ya endoskopik əməliyyatlarla bilək kanalının həcminin artırılması və median sinirin sıxılmasının aradan qaldırılması təmin edilir.
KTS-nin müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Pasiyentlər diaqnostik prosedurlardan tutmuş fizioterapiya və zəruri hallarda cərrahi müdaxilə daxil tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.
KTS özünü aşağıdakı simptomlarla göstərir:
KTS karpal kanal daraldıqda inkişaf edir. Bu sindrom daha çox sadalanan səbəblərdən baş verir:
Birbaşa səbəblərlə yanaşı, hamiləlik, menopauza, piylənmə, tiroid disfunksiyaları, böyrək çatışmazlığı, limfostaz, şəkərli diabet, revmatoid artrit və podaqra kimi amillər də KTS riskini artırır. KTS qadınlarda daha çox rast gəlinir. Bu, karpal tunelin qadınlarda daha dar olması və hormonal təsirlərlə izah olunur.