11 Avqust 2025 / 11:57

Bakıdakı qətlin üstü Ağsuda bilindi- İNANILMAZ

İki gün əvvəl Bakıda qətl hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə Nəsimi rayonunda münaqişə zəminində qeydə alınıb. 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra meyiti hissələrə ayırıb sellofan torbalara yığaraq avtomobildə Ağsu rayonuna apararaq dağlıq ərazidə iki müxtəlif yerə atıb. F.Feyzullayev polis tərəfindən keçirilən əməliyyat zamanı tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Bəs bu nə mübahisədir ki, belə qəddar əməllə nəticələnib?

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!