İmişli rayonu Otuzkilər kənd ərazisində avtoqəza zamanı yaralanan şəxslərin hamısı azyaşlı uşaqlar olub. İsmayılov Fərman Bayram oğlu, Cahangiriv Röyal Zamiq oğlu, İsmayılov Cahid Cavid oğlu, Məmmədov Məhəmməd Əkbər oğlu, Bağırov Ümüd Rauf oğlu, Babaşov İlyas Cəmil oğlu və sürücü Babaşov Cəmil Zeyni oğlu.
Hazırda orta ağır vəziyyətdə olan yaralı Məmmədov Məhəmməd Əkbər oğlu Bakıda müalicə olunur. Ona dünən Bakıda baş çəkdim.
TEZADLAR.AZ xəbər verir ki, bunu
MCP lideri, deputat Razi Nurullayev sosial media hesabında bildirib.
“Bu gün işi İmişli şəhərinə gedib digər uşaqların valideynləri ilə görüşdüm və onların konkret tələbləri var. Qəza törədən şəxs məsuliyyət daşısın.
Mənim müdaxiləmdən sonra nəhayət ki, bir neçə gün keçəndən sonra bu gün onlarla maraqlanmağa başlayıblar. Belə çıxır ki, əgər mən də hər şeyi qulaqardına vursaydım, laqeyd yanaşsaydım, Allah eləməsin, o uşaqların valideynləri faciə yaşasaydı, heç kimin tükü də tərpənməyəcəkdi? Belə laqeydlik və arxayınlıq olarmı? Kimə və nəyə?”, – deyə Razi Nurullayev qeyd edib.
JASMİN